AZ

Fiziki tərbiyə müəllimlərinin NƏZƏRİNƏ!

2026-cı ildə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimləri ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunacaqlar.

Redaktor.az təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsi üzrə qiymətləndirmə çərçivəsinə əsasən, fiziki tərbiyə müəllimləri üçün imtahan sualları üzrə mövzuları təqdim edir.

Fiziki tərbiyə müəllimləri sertifikatlaşdırma imtahanında 2 məzmun sahəsi üzrə ümumilikdə 50 suala cavab verməli olacaqlar. Sualların məzmun sahələri üzrə bölgüsü aşağıdakı kimidir:

– İnformasiya təminatı və nəzəri biliklər – 30 sual
– Hərəki qabiliyyətlər – 20 sual 

Məzmun sahələri üzrə mövzular

1. İnformasiya təminatı və nəzəri biliklər
1.1. Fiziki tərbiyənin nəzəriyyəsi və metodikası
– Fənnin məqsəd və vəzifələri
– Fəndə olan əsas anlayışlar
– Fiziki tərbiyənin əsas vasitələri
– Fiziki tərbiyənin formaları

1.2. Fiziki tərbiyə dərsinin təşkili və keçirilməsi
– Dərs zamanı təhlükəsizliyin təmin edilməsi
– Fiziki tərbiyə dərslərində istifadə olunan resurslar və onların təyinatı
– Fiziki tərbiyə dərslərində istifadə olunan metodlar və onların xüsusiyyətləri
– Dərs zamanı müəllim və şagird fəaliyyəti

1.3. Sağlamlıq
– Sağlamlıq və onun səviyyələri
– Sağlamlıq və onun möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti
– Fiziki hərəkətlərin orqanizmə təsiri
– Fiziki hərəkətlərin gigiyenası
– Gün rejimləri
– Qidalanma, qida elementlərinin orqanizm üçün əsas funksiyaları
– Orqanizmin möhkəmləndirmə vasitələri

1.4. Fiziki tərbiyə fənni üzrə qiymətləndirmə
– Diaqnostik qiymətləndirmə
– Fiziki inkişaf
– Funksional inkişaf
– KSQ və BSQ zamanı istifadə olunan hərəkətlər

1.5. Olimpiya hərəkatı
– Beynəlxalq olimpiya hərəkatı
– Azərbaycan olimpiya hərəkatı

1.6. İdman növləri, tarixi və oyun qaydaları
– Atletika
– Gimnastika
– Basketbol
– 3x3 basketbolu
– Voleybol
– Həndbol
– Futbol
– Futzal
– Badminton
– Şahmat

1.7. Sıra hərəkətləri
– Sıralar və onların idarə olunması
– Komandalar
– Yerində dönmələr
– Hərəkət (addımlama və ya qaçış)

1.8. İlk yardımın göstərilməsi
– Fiziki tərbiyə dərsində baş verə biləcək hallar zamanı ilk yardım
– Zədələnmələr zamanı ilk yardım
– Qanaxmalar zamanı ilk yardım
– Sınıqlar zamanı ilk yardım
– Çıxıqlar zamanı ilk yardım

2. Hərəki qabiliyyətlər

Hərəki qabiliyyətlərin inkişaf etdirilməsi
– Hərəki qabiliyyətlər, tərkib komponentləri, verilmiş hərəkətlərin hərəki qabiliyyət və komponenti ilə uyğunluğu
– Sürət qabiliyyəti
– Sürət-güc qabiliyyəti
– Əyilgənlik qabiliyyəti
– Qüvvə qabiliyyəti
– Çeviklik qabiliyyəti
– Dözümlülük qabiliyyəti

Seçilən
65
1
redaktor.az

2Mənbələr