“Zirə” heyətini Azərbaycan millisinin futbolçusu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə “Zirə” Futbol Klubu məlumat yayıb.
Bildirilib ki, “qartallar” Rüfət Abdullazadə ilə müqavilə bağlayıb.
24 yaşlı vinger sonradan transfer edilmək hüququ ilə cari mövsümün sonunadək Xorvatiyanın “Varajdin” klubundan icarəyə götürülüb.