Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avropa İttifaqına üzv Sloveniya Respublikasında ümumi seçkilərin 22 mart bazar günü keçiriləcəyi elan edilib.
"Cebheinfo.az" xəbər verir ki, Sloveniya Prezidenti Nataşa Pirc Musar, ölkədə hər 4 ildən bir keçirilən ümumi seçkilərin 22 mart tarixində baş tutacağına dair fərmanı imzalayıb və ədalətli seçkilər arzusunu ifadə edib.
Musar, “xaricdən gələ biləcək dezinformasiya və manipulyasiyalara qarşı ayıq olacaqlarını” bildirərək, seçki kampaniyası dövründə dialoqa çağırış edib.
Bu seçkilərlə birlikdə Sloveniya parlamentində 90 yeni deputat müəyyənləşəcək. Onlardan 88-i sloven, 1-i italyan, 1-i isə macar icmalarını təmsil edəcək.
Qeyd edək ki, Sloveniyada sonuncu ümumi seçki 24 aprel 2022-ci ildə keçirilmiş və hazırkı Baş nazir Robert Qolobun rəhbərlik etdiyi Azadlıq Hərəkatı seçkiləri öndə tamamlamışdı.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.