AZ

Bakıda yolu hasara aldılar VİDEO/FOTOLAR

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Suraxanı rayonu ərazisində, sakinlərin verdiyi məlumata görə gələcəkdə tikinti işlərinin həyata keçirilməsi məqsədilə Zığ və Hövsan qəsəbələrinə gedən əsas yolun üzərində qanunsuz hasar çəkilib.Demokrat.az xəbər verir ki, bununla bağlı “Tribuna.az”a ərazidə yaşayan sakinlər tərəfindən məlumat daxil olub. Məlumata görə, hadisə ilə bağlı müvafiq qurumlara müraciətlər edilsə də, hələlik hər hansı tədbir görülməyib.Şikayətdə bildirilib ki, mərkəzi yolun böyük bir hissəsi hasara alınıb və bu hal nəqliyyatın hərəkətinə, eləcə də vətəndaşların gündəlik istifadəsinə ciddi maneələr yaradır.Məlumata əsasən, mərkəzi yolun aşağı hissəsində, ona paralel şəkildə yerləşən köməkçi yolun düz ortasından 5–6 metr hündürlüyündə hasar çəkilib. Sözügedən ərazidə iri tikinti işlərinin aparıldığı bildirilir.Lakin tikintinin hansı əsasla həyata keçirildiyi və hasarın qanuni olub-olmadığı barədə rəsmi açıqlama yoxdur.Şikayətdə o da qeyd olunur ki, Yol Mühafizə İdarəsi və “Azəravtoyol”un tabeliyində fəaliyyət göstərən aidiyyəti qurumlar məsələyə biganə yanaşır.Şəkil və videomateriallardan da aydın görünür ki, hasar köməkçi yolun istifadəsini faktiki olaraq mümkünsüz edir.Vətəndaşlar aidiyyəti dövlət qurumlarından məsələyə aydınlıq gətirilməsini və qanunvericiliyə uyğun tədbir görülməsini tələb edirlər.Qeyd edək ki, yazıda adıçəkilən aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
47
demokrat.az

1Mənbələr