Hələbdə Suriya ordusu və SDQ arasında toqquşmalarda ölənlərin sayı 4 nəfərə çatıb.
APA “Al Arabiyya” telekanalına istinadən xəbər verir ki, Suriya ordusu SDQ-nin hücumlarında bir əsgər və iki mülki şəxsin həlak olduğunu bildirib.
SDQ isə Suriya ordusunun hücumları nəticəsində bir mülki şəxsin öldüyünü və 17 nəfərin yaralandığını bildirir.
Hər iki tərəf bir-birini ilk hücuma başlamaqda günahlandırır.
***
17:13
Suriya ordusunun hərbçiləri və Suriya Demokratik Qüvvələri arasında silahlı toqquşma baş verib.
APA “Al Arabiyya” telekanalına istinadən xəbər verir ki, toqquşma nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Toqquşmalar Hələb şəhərində qeydə alınıb.
Suriya Müdafiə Nazirliyi hücumu SDQ-nin həyata keçirdiyini bildirib və bunun hökumətlə silahlı qruplaşma arasında razılaşmalara zidd olduğunu vurğulayıb.
Qeyd edək ki, SDQ ötən ilin sonuna qədər Suriya ordusuna inteqrasiya edilməli idi.