GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
2026-cı il yanvarın 1-dən alimentin minimum məbləği 246 manatdan 260 manata qaldırılıb.
Alimenti köhnə məbləğlə alanlar necə artıra bilər?
Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, əvvəllər vətəndaşlar alimentin artırılması üçün hər il ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edirdilər:
“Bundan sonra qərar verilirdi. 2024-cü il, 20 dekabr tarixində qəbul olunan yeni qaydalara əsasən isə, vətəndaşlar yalnız aliment məbləğinin indeksasiyası üçün ərizə təqdim edirlər. Artıq məhkəmə tərəflərə bildiriş göndərməklə iddia icraatı aparmadan qərar qəbul edir. Bu prosedur Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq alimentin artırılmasını təmin edir”.
Ləman İmran
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.