AZ

Aİ Maduronun əvəzləyicisi ilə əlaqəni itirməyəcək

Aİ indiki Venesuela hakimiyyəti ilə praqmatik münasibətləri davam etdirəcək.

"Yeni Sabah" xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Anitta Hipper Delsi Rodrigesin ölkənin müvəqqəti prezidenti kimi and içməsindən sonra deyib.

"Prezident Maduronun və ya Delsi Rodrigesin legitimliyini tanımasaq da, maraqlarımızı müdafiə etmək və prinsiplərimizi inkişaf etdirmək üçün Venesuela hakimiyyəti ilə məqsədyönlü əlaqəni davam etdirəcəyik", - sözçüsü Brüsseldə keçirilən brifinqdə deyib.

Hipper vurğulayıb ki, "Venesuela hakimiyyəti öz mandatlarını demokratik islahatlarla bağlı xalqın iradəsinə hörmət etməyən seçki prosesi vasitəsilə əldə edib".

Onun sözlərinə görə, Venesuelanın gələcəyi demokratik keçidə aparan inklüziv dialoq üzərində qurulmalıdır.

Xatırladaq ki, Venesuelanın vitse-prezidenti Rodriges yanvarın 5-də ölkənin müvəqqəti prezidenti kimi and içib. Venesuela Ali Məhkəməsi yanvarın 4-də qərar verib ki, mövcud şəraitdə Rodriges dövlət başçısı vəzifələrini icra etməlidir.


Telegram kanalımız
Seçilən
96
yenisabah.az

1Mənbələr