Bakı. Trend:
Növbəti ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində dövlətəsaslı vəsait qoyuluşu xərcləri 22,0 milyon manat məbləğindəproqnozlaşdırılıb ki, bu da cari ilin təsdiq edilmiş xərcləri iləmüqayisədə eyni həddədir.
Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.
Bildirilib ki, təqdim edilmiş məlumatlara əsasən, 2026-cı ilüzrə Naxçıvan Muxtar Respublikası büdcəsində dövlət əsaslı vəsaitqoyuluşu üzrə proqnozlaşdırılan 22,0 milyon manat vəsaitin neçəlayihənin həyata keçirilməsinə yönəldiləcəyi ilə əlaqədar olaraqmüvafiq proqnoz layihələri hazırlanmayıb.
“Müvafiq istiqamət üzrə layihələrin hazırlanmaması həmçininHesablama Palatasına təqdim edilməməsi bu istiqamət üzrə nəzərdətutulmuş vəsaitlərin müqayisəsini və təhlilini aparmağıməhdudlaşdırmaqla yanaşı həmin vəsaitlərin nə üçün 22,0 mln.manathəcmində nəzərdə tutulmasının əsaslılığı ilə bağlı müəyyənsualların yaranmasına səbəb olmaqdadır”, - məlumatdavurğulanıb.
Qeyd edilib ki, 2025-ci ilin 9 ayında dövlət əsaslı vəsaitqoyuluşu (investisiya) xərcləri 10,5 milyon manat məbləğində icraedilib ki, bu da Naxçıvan Muxtar Respublikası büdcəsində həminməqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 47,7%-ni təşkiledib.
“2025-ci ilin 9 aylıq icra göstəricilərinin illik proqnozun47,7%-ni təşkil etdiyini nəzərə alaraq, müvafiq istiqamət üzrəproqnozlaşdırılmış vəsaitlərin iqtisadi əsaslandırılmasınınaparılması və onların məqsədyönlülüyünün qiymətləndirilməsi zərurihesab edilib. Bununla da, növbəti büdcə ili üzrə nəzərdə tutulanvəsaitlərin həcminin qanunvericiliyin tələblərinə uyğun şəkildə,real iqtisadi əsaslandırmalar əsasında proqnozlaşdırılmasıməqsədəuyğun hesab edilib”, - məlumatda qeyd edilib.