Hökumət Kilsəyə qarşı hərəkət etməyib, hərəkət etmir və heç vaxt hərəkət edə bilməyəcək, çünki hökumət Erməni Apostol Müqəddəs Kilsəsinin davamçısıdır.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Nikol Paşinyan "Müqəddəs Anna" kilsəsinin həyətində çıxışı zamanı deyib.
“Bu gün biz xristianlığı qəbul edən ilk dövlət olduğumuzu təsdiqləyirik və bugünkü yürüşümüz nəhayət Xilaskarımız İsa Məsihin göstərdiyi yolla getməyə başladığımızı simvollaşdırır. Hamımız çoxdan Tanrıya sülh üçün dua edirdik, amma nəhayət anladıq ki, dua edərkən öz qərarlarımız, hərəkətlərimiz və addımlarımızla bu sülhü yaratmalıyıq”, - Paşinyan bildirib.
Telegram kanalımız