AZ

“Qarabağ” “Neftçi” ilə, “Neftçi” “Kayrat”la…

Təlim-məşq toplanışına başlayan bir neçə aparıcı klubun rəqibləri məlum olub.

"Football-plus.az"ın məlumatına görə, Antalyada qış hazırlığına start verən “Qarabağ” Özbəkistanın “Neftçi”, Polşanın “Zaqlebiye” klubları ilə qarşılaşacaq. “Neftçi” isə Qazaxıstan təmsilçisi “Kayrat”, Misir klubu “Piramids” və Çinin “Çenqdu Ronqçenq” komandası ilə gücünü sınayacaq.

“Zirə”nin də yanvarın 16-da “Aleksandriya” ilə qarşılaşacağı bəllidi. Yanvarın 3-dən 17-nə qədər Antalyada olacaq “Sumqayıt” 9-da “Paksi” (Macarıstan), 12-də “Belqrad” (Serbiya), 16-da “Osiyek” (Xorvatiya) ilə yoxlama oyunu keçirəcək.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
5
football-plus.az

1Mənbələr