AZ

Azərbaycan silah istehsalını artırır: Çinlə əməkdaşlıq ölkəmiz üçün yeni imkanlar yaradacaq

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Prezident İlham Əliyev yanvarın 5-də yerli telekanallara verdiyi müsahibədə bildirib ki, Azərbaycan ötən il 1.4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal edib. Dövlət başçısı vurğulayıb ki, istehsalın böyük hissəsi silahlı qüvvələrin arsenalına verilib, müəyyən qismi isə ixrac olunub.

Dövlət başçısı əlavə edib ki, yeniliklərdən biri də ölkəmizin dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanın birgə müəssisələr yaratmasıdır.

Məsələ ilə bağlı Oxu.Az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan bu sahədə böyük potensiala malikdir.

O qeyd edib ki, bir sıra ölkələr sözügedən istiqamətdə rəsmi Bakı ilə əməkdaşlıqda maraqlıdır:

"Ölkəmiz müdafiə sənayesi potensialını genişləndirir. Biz silahlı qüvvələrimizin ehtiyaclarını təmin etməklə yanaşı, hərbi təyinatlı məhsulları xaricə də ixrac edirik. Xarici ölkələr Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Sovet istehsalı olan silahlardan fərqli olaraq, istehsal etdiyimiz məhsullar NATO standartlarına cavab verir. Bunlar xüsusi təyinatlı qüvvələrimiz tərəfindən istifadə olunur. Zəfər paradında da yerli istehsal olan bəzi məhsullarımız təqdim edilmişdi. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Cənubi Afrika Respublikası (CAR) ilə birlikdə "Matador" və "Marauder" zirehli texnikalarının istehsalını həyata keçirib. Məhz bu birgə istehsaldan sonra bir çox ölkə sözügedən texnikalara maraq göstərməyə başlayıb. Bunlar müasir tələblərə cavab verən silahlardır. Həmçinin Çinlə də əməkdaşlıq qururuq. Özəl şirkətlər də bu prosesə cəlb olunub. Hərbi-texniki sahədə əməkdaşlıq bizə yeni imkanlar yaradacaq. Əlavə edim ki, BMT-yə üzv olan ölkələr hər il yanvarın 1-də silah alışı ilə bağlı hesabatlarını təqdim edirlər. Azərbaycanın da açıqlayacağı hesabatda ölkəmizin silah alışı və satışı ilə bağlı atdığı addımları görəcəyik. Ümumilikdə isə Çinlə quracağımız əməkdaşlıq və yerli istehsal Azərbaycanın imkanlarını daha da genişləndirəcək".

Məlik Məlikov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
oxu.az

1Mənbələr