Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bəzən vətəndaşlar ailə üzvlərinin sayında dəyişiklik olmasına baxmayaraq, suya olan borcun hesablamasının əvvəlki kimi aparıldığı hallarla qarşılaşırlar.
Maraqlıdır, bəs görəsən, hesabatda dəyişiklik olunması üçün vətəndaş nə etməlidir?
Bu barədə Oxu.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən verilən məlumata görə, ünvan üzrə qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda istehlakçı bu faktı təsdiq edən sənədi ən geci yeddi iş günü ərzində ərazi üzrə sukanal idarəsinə təqdim etməlidir.
"Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim edilmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə (ölkə üzrə orta ailə tərkibi 4-5 nəfər təşkil edir) uyğun olaraq aparılır.
Ailə tərkibində dəyişikliyin aparılmasını onlayn qaydada etmək üçün isə siz www.e-su.az saytında və ya mobil tətbiqində "e-xidmətlər" bölməsindən, www.isst.gov.az saytında "Elektron xidmətlər" bölməsindən və ya www.e-gov.az portalından Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) təqdim etdiyi elektron xidmətlərin siyahısında "Abonent məlumatlarının dəyişdirilməsi" xidmətindən istifadə edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.