AZ

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar dekabrda 37 % azalıb

2025-ci ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 850 kiberhücum indikatoru (IOC) müəyyən edib.

"Report"un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2024-cü illə müqayisədə 21 % azdır.

Kibertəhdidlərin 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə ötən ayda isə 99 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 37 % azdır.

2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınıb ki, bunun da 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Seçilən
36
10
far.az

10Mənbələr