Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.
Ölkə.az xəbər verir ki, TikTok platformasında paylaşılan videoda yüzlərlə siçanın arpa anbarına hücum etdiyi əks olunub. Videonu paylaşan şəxs hansı rayonda yaşadığını açıqlamasa da, anbarındakı arpanın yarıdan çoxunun siçanlar tərəfindən yeyildiyini bildirib.
Görüntülərdə gəmiricilərin anbarın hər tərəfinə yayıldığı və məhsula ciddi ziyan vurduğu açıq şəkildə görünür. Hadisə fermerlər arasında narahatlıq doğurub.