AZ

“Çelsi”nin yeni baş məşqçisi müəyyənləşdi

“Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, London təmsilçisi Liam Rozenyorla razılığa gəlib. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.

Son olaraq “Strasburq”u çalışdıran mütəxəssislə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, “Çelsi” bir neçə gün əvvəl Enzo Mareska ilə yollarını ayırmışdı.

Seçilən
27
idmanxeber.az

1Mənbələr