Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06.01.2026-cı il tarixli Qərarı ilə "AtaSığorta" ASC-yə maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə müvəqqəti inzibatçı təyin olunub.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Müvəqqəti inzibatçı təyin olunduğu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir.
Həyata keçirilən nəzarət tədbirləri sığorta xidmətləri istehlakçılarının və kreditorların hüquqlarının qorunması məqsədinə xidmət edir.