AZ

Tehranda gərginlik artır - etirazçılar parlamentə doğru yürüşə başladı



Bu gün Tehran bazarında və paytaxtın “15 Xordad” küçəsində etiraz aksiyası keçirilib. SEPAH etirazçılara atəş açandan sonra vəziyyət daha da gərginləşib.

Hazırda aksiyada iştirak edən insanlar İran parlamentinin binası istiqamətində hərəkət edirlər.

Məlumata görə, təhlükəsizlik qüvvələri “15 Xordad” metro stansiyası ərazisində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Məlumatı MOUZE teleqram kanalı yayıb.

Qeyd edək ki, Tehran bazarında vəziyyətin nəzarətdən çıxdığı, atəş səslərinin gəldiyi haqda da xəbər yayılıb.

Tehran bazarında vəziyyətin son dərəcə gərgin olduğu və müharibə səhnəsinə bənzədiyi bildirilir.

Etirazçıların çoxluğu, təhlükəsizlik qüvvələrinin reaksiyası və gözyaşardıcı qazın atəşə tutulması bazarın atmosferini tamamilə alovlandırıb və təhlükəli vəziyyətə salıb.

İRADƏ

Seçilən
41
baki-xeber.com

1Mənbələr