AZ

Ağ Ev: Biz superdövlətik və buna uyğun davranacağıq

ABŞ Donald Trampın prezidentliyi dövründə özünü superdövlət kimi aparır və Qərb yarımkürəsində maraqlarını qətiyyətlə müdafiə edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri Stiven Miller CNN telekanalına müsahibəsində bildirib.

Miller qeyd edib ki, ABŞ-nin coğrafi ətrafında yerləşən ölkələrin rəqiblər üçün resurs təchizatçısına çevrilməsinə göz yummaq absurddur:

“Bizə işləməli olan ölkələrin düşmənlərimiz üçün resurs mənbəyinə çevrilməsinə icazə vermək, yaxud sonradan ABŞ-yə qarşı istifadə oluna biləcək silahların toplanmasına şərait yaratmaq yolverilməzdir”, — deyə o vurğulayıb.

Müşavir əlavə edib ki, “azad dünyanın gələcəyi” birbaşa Amerikanın başqalarının mövqeyinə baxmadan öz maraqlarını qorumaq qabiliyyətindən asılıdır.

Onun sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra Qərb ölkələri çox vaxt özlərini doğrultmağa çalışıb, alçaldıcı mövqe tutub və milyardlarla dollar məbləğində reparasiyalar ödəyiblər.

“Beynəlxalq nəzakət qaydalarından nə qədər danışsaq da, biz güc və qüdrətin hökm sürdüyü real dünyada yaşayırıq. Bu qanunlar qədim zamanlardan bəri mövcuddur”, — deyə Miller vurğulayıb.

Seçilən
95
nocomment.az

1Mənbələr