AZ

Çində elektromobil batareyaları ilə bağlı daha bir qadağa

Çin hökuməti 294 yeni standartı dərc edib.

Avtosfer.az xəbər verir ki, standartların bir qismi avtomobil sənayesinə aiddir. Müxtəlif qurumların birgə hazırladığı standartda elektromobil batareyalarına verilən tələblər kökündən dəyişir. Yeni standarta görə, batareya alışmayan materialdan hazırlanmalı, partlamamalıdır.

İstehlakçı maraqları əsas götürülərək akkumulyatorların istilik tənzimlənməsinin yüksək səviyyədə aparılması tələb olunur. Zərbədən sonra batareya partlamamalı, axıtmamalıdır. 300 doldurma tsiklindən sonra batareya məcburi şəkildə qısaqapanma testindən keçməlidir. 

Yeni standartlar 2026-cı ilin iyun ayında qüvvəyə minəcək.

Vüqar

Seçilən
36
1
avtosfer.az

2Mənbələr