AZ

Sürücülər niyə aqressivdir? - AÇIQLAMA

Sürücülər avtomobildə özlərini təhlükəsiz hiss etdikləri üçün yolda aqressiv davranırlar.

Milli.Az xəbər verir ki, bu sözləri psixoloq Olqa Tvardovskaya bildirib.

Onun sözlərinə görə, qəzəb insan üçün normal hissdir və onun idarə olunması öyrənilməlidir. İnsanlar bəzən bu emosiyanı avtomobildə sərbəst buraxmağa üstünlük verirlər:

"Sürücü özünü avtomobildə sanki kiçik bir evdə kimi hiss edir. Düşünür ki, orada heç kim onu görmür və istədiyini edə bilər".

Psixoloq qeyd edib ki, insan avtomobilin içində özünü "böyük maşın" adlı bir qalxan arxasında gizlənmiş kimi hiss edir və bu da ona psixoloji rahatlıq verir.

Tvardovskaya əlavə edib ki, yol hərəkəti zamanı aqressiyanın səbəblərindən biri də əvvəlki gün yaşanan emosional gərginlik və ya münaqişə ola bilər. Belə hallarda, sürücü həmin gərginliyin təsiri ilə sükan arxasında aqressiv davranış nümayiş etdirə bilər.

Mina Mikayılova
Milli.Az

Seçilən
42
1
milli.az

2Mənbələr