Azərbaycan İnvestisiya Holdinqində (AİH) yeni təyinat olub.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, jurnalist Leyla Sərabi qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, L.Sərabi bundan əvvəl Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha əvvəl isə Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində işləyib. O, eyni zamanda bir sıra mətbu orqanlarında və televiziyalarında fəaliyyət göstərib. (İqtisadiyyat.az)