AZ

Konstitusiya Məhkəməsi Palatası toplandı

Yazını böyüt
Yazını kiçilt

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub.

Məhkəmənin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Məcəllənin 329.1 və 337.1-ci maddələrinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun yanvarın 30-na təyin edilmiş iclasında baxılacaq.

Seçilən
53
13
hafta.az

10Mənbələr