AZ

Keçmiş deputat siyasətə qayıdır? ÖZÜ DANIŞDI

ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın siyasi səhnəsindən müxtəlif şəxslər keçib. Belə şəxslərdən biri də Milli Məclisin keçmiş deputatı Ağabəy Əsgərovdur.

Uzun müddətdir siyasətdən uzaq olan sabiq deputat Bakıvaxtı.az-a açıqlama verib.

Hazırda təqaüddə olan Ağabəy Əsgərov, əməkdaşımızla söhbətində səhhətinin yaxşı olduğunu bildirib:

"Hazırda təqaüddəyəm. Vəziyyətim yaxşıdır. Səhhətimdə heç bir problem yoxdur. Sadəcə, proseslərdən uzağam", - deyə müsahibimiz qeyd edib.

Ağabəy Əsgərov siyasətə qayıdıb-qayıtmayacağı ilə bağlı sualı isə belə cavablandırıb:

"Nə bilim, bilmirəm. Qismət".

Qeyd edək ki, "91-lər"dən olan Ağabəy Əsgərov "Səs" qəzetinin ilk baş redaktoru olub. O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb.

1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə Birinci çağırış Milli Məclisə deputat seçilib. 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə İkinci çağırış Milli Məclisə deputat seçilib.

2005–2021-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsində çalışıb.

Rəşid Muxtar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
bakivaxti.az

1Mənbələr