AZ

Tramp bu ərazini də nəzərətə alacaq: Vaxt verildi

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Prezident Donald Trampın Qrenlandiyaya nəzarəti ələ keçirmək ideyası 2026-cı ildə gerçəkləşə bilər. 

Vaşinqton bu prosesin tamamlanmasını ya 4 iyulda keçiriləcək ABŞ müstəqilliyinin 250 illiyi, ya da noyabr ayında keçiriləcək ara seçkilərlə üst-üstə düşməsi üçün vaxt təyin edəcək”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Politico” qəzeti belə yazıb. “Eurasia Group” beyin mərkəzinin Avropa ofisinin idarəedici direktoru Müctəba Rəhmanın sözlərinə görə, bu məqsədə çatmaq üçün Tramp 56 min əhalisi olan Danimarka regionunda mövcud balansı dəyişdirmək üçün siyasi təsir kampaniyası təşkil etməyə çalışacaq. 

Ekspert bildirib ki, bu tədbirlərə hərbi və mülki nəzarəti gücləndirmək üçün yerli siyasətçilərə rüşvət verilməsi də daxil ola bilər. Rəhmani əlavə edir ki, risk real və ciddidir. “The Economist”in məlumatına görə, Tramp administrasiyası Qrenlandiyaya birbaşa təklif edəcəyi “Azad Assosiasiya Haqqında” müqavilə layihəsini hazırlayır. 

ABŞ-nin Sakit Okeandakı kiçik dövlətlərlə rüsumsuz ticarətin təmin edilməsi müqabilində Amerika silahlı qüvvələrinə iştirakçı ölkələrdə fəsaliyyət azadlığının verilməsini nəzərdə tutan belə müqavilələri var. 

Nəşrin məlumatına görə, Trampın məmurları artıq Qrenlandiya hakimiyyəti ilə birbaşa danışıqlar aparmağa cəhd göstəribsələr də, indiyə qədər rədd cavabı alıblar. Danimarka krallığı öz növbəsində, Amerika hərbi bazasının artıq Qrenlandiyada yerləşdirildiyini və Kopenhagenlə bağlanan müqavilənin adadakı ABŞ qoşunlarının sayını məhdudlaşdırmadığını qeyd edib. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
1
cebheinfo.az

2Mənbələr