AZ

ABŞ İrana qarşı qırıcılar göndərib - KİV

ABŞ İranda etirazçılara qarşı basqın baş verəcəyi təqdirdə müdaxilə etmək məqsədi ilə bir sıra qırıcıları Avropaya köçürüb.

Missiya.Az xəbər verir ki, bu barədə “The Sun" qəzeti yazı dərc edib.

Yazıda ABŞ Prezidenti Donald Trampın İrana verdiyi son xəbərdarlıq əsas götürülüb.

Məlumata görə, 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayının “C-17 Globemaster” və iki “AC-130” qırıcısı Britaniyadakı “RAF Fairford” hava limanına eniş edib.

Bildirilib ki, 160-cı Alay adətən yüksək riskli və sürətli cavab missiyaları həyata keçirir.

Qəzetin yazdığına əsasən, bu hərbi hazırlıqlar İranın etirazlarla üzləşən ali dini rəhbər Əli Xameneiə qarşı mümkün addımlarla əlaqələndirilir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr