AZ

El Pais: “Aİ Trampdan qorxur”

AzVision.az xəbər verir ki, İspaniyanın “El Pais” nəşrində dərc olunan materialda beynəlxalq səhnədə kimin rəyinin ağırlığını müəyyənləşdirən əsas məqamlardan birində Aİ-nin yenidən kənarda qaldığı vurğulanır.

Vaşinqtonu tənqid etməyən və beynəlxalq hüquqa riayət etməyə çağırışlarla məhdudlaşan birgə bəyanatı razılaşdırmaq üçün 1,5 gündən çox vaxt aparan Aİ rəhbərliyi və 27 üzv ölkənin mövqeyi Venesuela məsələsində birliyin daxili fikir ayrılıqlarını və Trampa münasibətini ortaya qoydu.

“Bu mövqe birliyin Ağ Evin doymaq bilməyən sahibi ilə üzləşməkdən qorxduğunu göstərir”,- məqalədə deyilir.

Nəşrin qiymətləndirməsinə görə, respublikaçıların hakimiyyətə qayıdışı, eləcə də onların xarici və ticarət siyasəti Aİ-ni ikinci dərəcəli geosiyasi oyunçuya –“həddən artıq ehtiyatlı və zəif aktora”çevirib.

“El Pais” həm də Aİ-nin Ukrayna məsələsində Vaşinqtonun dəstəyini nəhayət itirmək qorxusuna diqqət şəkib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
28
1
azvision.az

2Mənbələr