AZ

Təhsildə əlçatanlıq artır, amma... Deputatdan AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Son illər təhsil sahəsində dövlət ardıcıl tədbirlər həyata keçirir və əldə olunan uğurlar kifayət qədər nəzərəçarpandır. Məsələ ondadır ki, dövlət üzərinə düşəni edir, dövlət hesabına təhsil alan tələbələrin sayı artır. Bu, təhsilin daha əlçatan olması baxımından müsbət təsir göstərir".Bunu Demokrat.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib. O, bildirib ki, təhsildə keyfiyyətin yüksəldilməsi, ixtisas seçimlərinin düzgün aparılması və məzunların əmək bazarına uyğunluğunun təmin edilməsi üçün əlavə addımlar atılmalıdır:"Yəni təhsilin əlçatanlığı təkbaşına bu məsələləri həll etmir. Dövlət tədbirlər görür, lakin digər vacib sahələr də diqqətdə saxlanmalıdır. Təhsilin keyfiyyətini artırmaq üçün Elm və Təhsil Nazirliyi, eləcə də universitetlər tərəfindən ciddi tədbirlər görülməli, yeni ixtisaslar yaradılmalı, mövcud ixtisaslara isə yenidən baxılmalıdır. Məqsəd məzunların əmək bazarına uyğunluğunu təmin etməkdir".Deputat bildirib ki, bu addımlar təhsilin əlçatanlığına töhfə verəcək, lakin prosesin daha uğurlu və effektiv olması üçün keyfiyyət, düzgün ixtisas seçimi və məzunların işgüzar inteqrasiyası istiqamətində də real addımlar atılmalıdır.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
demokrat.az

1Mənbələr