Həkim-terapevt Rakesh Gupta bildirir ki, alkoqol yalnız daxili orqanlara ziyan vurmaqla kifayətlənmir, həm də güclü narahatlıq və təşviş hallarına səbəb olur.
Redaktor.az xəbər verir ki. bu barədə o, "Indian Express" nəşrinə danışıb.
Gupta izah edib ki, spirtli içki qəbul edildiyi zaman sakitlik hissi verən gamma-aminobutirik turşusunun fəaliyyəti güclənir, bədənin oyanıqlığını təmin edən qlütamat səviyyəsi isə azalır. Lakin bir neçə saat sonra vəziyyət tamamilə dəyişir: endorfin və gamma-aminobutirik turşusunun səviyyəsi düşür, qlütamat isə artır.
Nevroloq qeyd edib ki, bu cür “spirt sonrası təşviş” digər spirtin təsirlərindən müstəqil simptom hesab olunur. Onun sözlərinə görə, ən yaxşı müalicə spirtli içkilərdən imtina etmək və ya onların miqdarını azaltmaqdır.
Həkim həmçinin bildirib ki, narahatlığı azaltmaq üçün hər porsiyadan sonra bir stəkan su içmək və yaxşı qəlyanaltı etmək faydalıdır. Spirtli içki qəbulundan sonra ertəsi gün yaxşı yatmaq, səhər yeməyi yemək və açıq havada gəzmək də sinir sistemini sakitləşdirir və emosional narahatlığı azaldır.
Aytəkin TOFİQQIZI