Azərbaycan İnvestisiya Holdinqində (AİH) yeni təyinat olub.
Bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, jurnalist Leyla Sərabi qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, L.Sərabi daha əvvəl Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi vəzifəsində çalışıb.//İqtisadiyyat.az