AZ

QHT sədri: Hər fərd Paralimpiya vasitəsilə cəmiyyətə töhfə verə bilər

Paralimpiya Oyunları, fiziki məhdudiyyətləri olan insanlara mübarizə ruhunu göstərmək, öz güclərini nümayiş etdirmək və cəmiyyətə əlilliyi olan insanlara qarşı hörmət aşılayan mühüm bir idman tədbiridir.

QHT.az xəbər verir ki, bunu "Arabaçı Şəbəkəsi Əlillər” İctimai Birliyinin təsisçisi İlham Məhərrəmov bildirib. Onun sözlərinə görə, bu oyunlar, bərabərlik və inklüzivliyi təşviq edərək hər bir fərdin cəmiyyətə töhfə verə biləcəyini sübut edir. Paralimpiya Oyunları, idmanın sosial əhəmiyyətini və idmançıların mənəvi gücünü ortaya qoyan qlobal bir tədbir kimi, dünyada və Azərbaycanda əlilliyi olan insanlara böyük dəstək verir.

Seçilən
29
qht.az

1Mənbələr