AZ

Təmir olundu, amma uzun çəkmədi: Binəqədidə yol yenidən dağıldı

Binəqədi rayonu, Binəqədi kəndində sakinlər uzun müddətdir yolun vəziyyətindən narazılıq edirlər.

Milli.Az xəbər verir ki, Ağamirək İsfahani küçəsində yaşayan sakinlər bildirir ki, əvvəllər burada qazıntı işləri aparılıb, lakin təmir olunan yol tez bir zamanda yararsız hala gəlib.

Sakinlərin sözlərinə görə, maşınların hərəkəti çətinləşib və gündəlik həyat əziyyətlərlə müşayiət olunur.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən açıqlama verilib. Qurum bildirir ki, ərazidə yeni su xətləri çəkilib və asfalt örtüyünün yenidən bərpası yaxın zamanda təmin olunacaq. 

Asya
Milli.Az 

Seçilən
52
3
milli.az

4Mənbələr