2-ci Liqa təmsilçisi "Xankəndi" Azərbaycan millisinin sabiq hücumçusunu heyətinə qatmaq istəyir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, söhbət 1-ci Liqanın lideri "Şəfa"dan ayrılmaq üzrə olan Amil Yunanovdan gedir.
Tərəflər hazırda danışıqları davam etdirir. 1-ci Liqaya yüksəlməyi hədəfləyən Qarabağ klubu ilə 33 yaşlı forvard maddi şərtlərlə bağlı razılığa gələcəkləri halda, keçid yaxın günlərdə reallaşacaq.
Qeyd edək ki, 2-ci Liqada lider "Qaradağ Lökbatan"dan yalnız top fərqinə görə geri qalan "Xankəndi"nin rəhbərliyi gözlənilmədən baş məşqçi İbrahim Uzunca ilə əməkdaşlığa son qoyub.
Nihat