Bakı. Trend:
Məşhur macar rejissoru Bela Tarr 70 yaşında vəfat edib.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, Tarrın ölüm xəbəri rejissor BenceFliegauf tərəfindən ailəsi adından elan olunub.
Avropa Film Akademiyası da günün ikinci yarısında elektron poçtvasitəsilə yayımladığı açıqlamada Bela Tarrın “uzun və ağırxəstəlikdən sonra” vəfat etdiyini bildirib.
Qeyd edək ki, rejissor beynəlxalq şöhrəti ilk dəfə 1988-ci ildəBerlin Film Festivalında premyerası keçirilən “Lənət” filmi iləqazanıb. Daha sonra o, ümumilikdə doqquz tammetrajlı filminrejissoru olub. Onun son filmi — “Turin atı” (The Turin Horse,2011) Berlin Film Festivalında münsiflər heyətinin mükafatınıqazanıb.
Bela Tarr xüsusilə yazıçı László Krasznahorkayın romanı əsasındaçəkdiyi, 450 dəqiqəlik epik ekran işi olan “Sátántangó” (1994)filmi ilə dünya kinosunda dərin iz qoyub.
2023-cü ildə Bela Tarr Avropa Kino Akademiyasının FəxriMükafatına layiq görülüb.