Ürəkbulanma müxtəlif sağlamlıq problemlərinin əlaməti kimi ortaya çıxır. Bu hal ən çox həzm sistemi pozğunluqları, qida zəhərlənməsi, infeksiyalar, stres və hormonal dəyişikliklərlə əlaqəli olur.
Pravda.az bildirir ki, mədə-bağırsaq xəstəlikləri, bəzi dərmanların yan təsirləri, hərəkət tutması və hamiləlik dövrü də ürəkbulanma ilə müşayiət oluna bilər.
Ürəkbulanma uzun müddət davam edərsə və qusma, yüksək hərarət, şiddətli ağrı kimi əlamətlərlə birlikdə müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.
Əminə Bayramova
Tarix: 6 Yanvar 2026, 16:45