“Karvan-Yevlax”ın baş məşqçi Azər Həşimovla qeyri-rəsmi şəkildə vidalaşdığı, bundan sonra Füzuli Məmmədovla anlaşdığı məlumdu.
Qeyd edək ki, klubla Azər bəy arasında uzun müddətdi davam edən münaqişə hələ həllini tapmayıb. Yevlax təmsilçisi təzminat tələb edən mütəsəssisin pulunu ödəməməkdə israrlıdı.
Bəs, vəziyyət nə yerdə qalıb? Azər Həşimov problemdən necə yaxa qurtarmaq istəyir?
Sualları məşqçinin vəkili Elcan Həsənliyə ünvanladıq. O, “Football-plus.az”a açıqlamasında bildirdi ki, mütəxəssis AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət edib. Azər bəy müraciəti zamanı qarşı tərəfdən təzminat tələb etdiyini, bundan sonra müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsini istədiyini deyib. Hazırda bu qurumun hansı qərarı verəcəyi gözlənilir.
Əlbəttə, qərar Həşimovu qane etməsə, AFFA Apellyasiya Arbitraj Tribunalına üz tutulacaq. O başqa məsələ ki, məşqçi ilə klub arasında problemlər bununla məhdudlaşmır. Bəzi iddialara görə, “Karvan-Yevlax” Azər bəylə iyunda müqavilə imzalasa da, rəsmi sənədlərdə bu tarixin sentyabr olduğu göstərilib. Mütəxəssis bu məsələylə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edib.
Xatırladaq ki, “Karvan-Yevlax”la Azər Həşimov arasında müqavilənin müddəti bu ilin mayına qədərdi. Məşqçinin klubdan tələb etdiyi məbləğ isə 20 min manatdı.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta