AZ

İranda xəstəxanaya hücum: Pezeşkian araşdırma tələb etdi

ain.az, Axar.az saytına istinadən bildirir.

İran Prezidenti Məsud Pezeşkian və Səhiyyə Nazirliyi bazar günü gecəsi İlam şəhərindəki xəstəxanaya hərbi və hüquq-mühafizə qüvvələrinin basqını ilə bağlı araşdırma elan edib.

Axar.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik ölkənin bir sıra şəhərlərində baş verən etirazlar zamanı xəstəxanalara daxil olmaq, təcili yardım maşınlarına ziyan vurmaq və tibbi avadanlıqları məhv etmək hallarına rast gəlindiyi bildirilib və vurğulayıb ki, xəstəxanalar və tibbi avadanlıqlar bütün insanlara məxsus təhlükəsiz məkanlardır və hər zaman qorunmalıdır.

Prezident daxili işlər nazirinə İlamdakı hadisələrin səbəblərini araşdırmaq və hərtərəfli hesabat hazırlamaq üçün xüsusi qrup yaradılması barədə göstəriş verib.

Araşdırmanın nəticələri qanun çərçivəsində açıqlanacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
1
axar.az

2Mənbələr