ain.az bildirir, Oxu.az portalına istinadən.
Bakı Slavyan Universitetinin tədris binalarında və yataqxanasında cari təmir işlərinin aparılması ilə bağlı satınalma müsabiqəsi elan edilib.
Oxu.Az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 1 milyon 839 min 825.84 manat təşkil edir.
Texniki şərtlərə əsasən, təmir işləri çərçivəsində universitetin binalarında və yataqxanasında yararsız vəziyyətdə olan müxtəlif konstruksiyaların sökülməsi, divarların bərpası nəzərdə tutulur.
Tenderə yanvarın 23-də yekun vurulacaq.
Elmidar Əliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.