525.az saytına istinadən ain.az xəbər verir.
Nobel Ədəbiyyat Mükafatı laureatı Orhan Pamukun “Məsumiyyət muzeyi” romanı əsasında eyniadlı teleserial çəkilib.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, serial 13 fevralda “Netflix”də yayımlanacaq.
“Netflix”dən verilən açıqlamaya görə, 60-dan çox dilə çevrilərək milyonlarla oxucu sevgisi qazanan roman və çoxsaylı ziyarətçiləri qəbul edən eyniadlı muzey 9 bölümlük serialın mövzusu olub. Serial eyni vaxtda dünya miqyasında yayımlanacaq.
Ssenarisini Ertan Kurtulayın yazdığı serialın quruluşçu rejissoru Zeynəb Günaydır.
"Ay Yapım"ın prodüserliyi ilə çəkilən serialda baş rolları Səlahəddin Paşalı və Eylül Lize Kandemir canlandırır.
Aktyor heyətində, həmçinin Oya Ünüstası, Tilbe Saran, Bülent Emin Yarar, Gülçin Kültür Şahin və Ercan Kesal da var.
Ekran əsəri 1970-ci illərdə İstanbulda varlı bir ailənin oğlu Kamal ilə uzaq qohumu Füsun arasında başlayan gərgin münasibətlər- sevgi, xoşbəxtlik, həsrət və əldən verilmiş fürsətlərdən bəhs edən çoxqatlı bir hekayəni təsvir edir.
Şahanə Müşfiq
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.