ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqı (Aİ), ABŞ-ın həbs edəərk Nyu-Yorka apardığı Venesuela prezidenti Nikolas Maduronun yerinə müvəqqəti keçən vitse-prezident Delsi Rodrigezin dünən and içərək bu vəzifənin icrasına başlamasına mövqeyini açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Aİ onun prezident vəzifəsinin icraçısı kimi qəbul etmədiklərini bəyan edib.
Aİ-dən bildirilib ki, ittfaq ölkələri və qurum olaraq Rodrigezi "qanuni lider" və ya "Prezident vəzifəsinin qanuni icraçısı" kimi tanımırlar.
Aİ Komissiyasının sözçüsü Anitta Hipper gündəlik mətbuat konfransında bu barədə suala təsdiqləyc cavab verib: "Bəli, bu, dəyişməz mövqeyimizdir. Venesuelada səlahiyyətlər seçki prosesi vasitəsilə verilir, lakin dünən rəsmən gerçəkləşən prosesin xalqın demokratik dəyişiklik tələbi ilə uzlaşmır"
Hipper əlavə edib ki, ölkədə demokratik seçki gözləyirlər: "Biz demokratik yolla keçiriləcək bu seçkiyə müxalifət liderlərinin də qoşulmasını istəyirik"
Firudin Səfərli
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.