Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampa verməyə hazırdır.
“AzPolitika” xəbər verir ki, o bunu “Fox News”-a verdiyi müsahibədə bildirib.
"Bu, Venesuela xalqının mükafatdıdır və əlbəttə ki, bu mükafatı ona vermək və onunla bölüşmək istəyirik", - Maçado Trampı nəzərdə tutaraq deyib.
Müxalifət liderinin sözlərinə görə, o və bütün Venesuela xalqı Nikolas Maduronun həbsinə görə Trampa təşəkkür etmək üçün bunu etməyə hazırdır: "Onun etdiyi şey, artıq dediyim kimi, tarixi bir hadisədir. Bu, demokratik keçid yolunda atılan böyük bir addımdır və mən bunu Amerika xalqına çatdırmaq istəyirəm".
2025-ci ilin oktyabr ayında Maçadoya Venesuela xalqının demokratik hüquqlarını irəli sürdüyünə görə Nobel Sülh Mükafatı verilib. Son bir il ərzində Maçado 2024-cü il prezident seçkilərinin saxtalaşdırıldığını iddia etdikdən sonra Maduro rejimindən gizlənirdi. Venesuela hakimiyyəti onun yüzlərlə tərəfdarını həbs edib.
Bu arada Maduro həbs ediləndən sonra Maçado Venesuelada hakimiyyəti ələ almağa hazır olduğunu bəyan edib. Lakin Tramp bunun əleyhinə çıxıb.
The Washington Post” (WP) qəzetinin yazdığına görə, Maçado mükafatı qəbul edərkən onu Donald Trampa həsr etdiyini bildirsə də, ABŞ prezidenti medaldan imtina etməməsini “ən böyük günah” kimi qiymətləndirib.
“Əgər o, imtina edib desəydi ki, bu mükafatı qəbul edə bilməz, çünki o, Donald Trampa məxsusdur, bu gün artıq Venesuelanın prezidenti olardı”, — deyə WP-nin həmsöhbətlərindən biri bildirib.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.