Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampa ünvanlanan kəskin açıqlaması ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, Petro açıq şəkildə Trampa meydan oxuyaraq sərt ifadələr işlədib.
Kolumbiya lideri bildirib:
"Məni həbs etmək istəyirsənsə, cəhd et, gücün çatırsa görək. Mənə narıncı məhbus geyimi geyindirmək istəyirsənsə, onu da sına. Kolumbiya xalqı məni müdafiə etmək üçün küçələrə axışacaq".
Petronun bu açıqlaması beynəlxalq mediada geniş rezonans doğurub və siyasi dairələrdə müzakirələrə səbəb olub. Ekspertlər bu çıxışı iki ölkə arasındakı münasibətlərdə gərginliyin artmasının növbəti göstəricisi kimi dəyərləndirirlər.
Hüseyn
Milli.Az