Bir müddətdir əsas komandadan uzaq qalan İrfan Can Kahvecinin yeni klubu məlum olmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, "Fənərbağça" onu "Kasımpaşa"ya icarə vermək istəyir.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

İrfan Can təklifi qəbul etsə, mövsümün ikinci yarısını İstanbul təmsilçisində keçirəcək.

Onun məvacibini "Fənərbağça" qarşılayacaq.

Qeyd edək ki, o, oktyabrdan bəri əsas komandadan uzaqlaşdırılıb.