AZ

Azərbaycanlı Rusiyada polis əməkdaşını qətlə yetirməkdə ittiham edilir – Foto


Rusiyada Rauf Əliyev adlı Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanı əməkdaşını qətlə yetirməkdə ittiham edilir.
Yeniavaz.com
“dzen.ru” portalına istinadla xəbər verir ki, cinayət 14 dekabr 2025-ci ildə Tver vilayətinin Maksatixa kəndində törədilib.
Həmin gün Andrey adlı 22 yaşlı polis əməkdaşı polis həmkarı ilə Əliyevə kirayə mənzilində baş çəkib.
Andreyin həmkarının sözlərinə görə, Əliyevlə polis əməkdaşları arasında heç bir münaqişə olmayıb. Onlar sakitcə söhbət ediblər. Bundan sonra Andreyin həmkarı evdən çıxıb. Andrey isə qapının ağzında bir neçə dəqiqə gözləyib. Hadisə də elə o zaman baş verib.
Polis əməkdaşının yeddi bıçaq zərbəsi aldığı və bud arteriyasına vurulan bıçaq zərbəsi nəticəsində öldüyü bildirilir.
Daha sonra Əliyevin qaçmağa cəhd etdiyi, ancaq hüqiq-mühafizə orqanları tərəfindın saxlanılığı iddia edilir.
Saxlanıldıqdan sonra onun haqqında istintaq tədbirləri görülüb və iki ay müddətinə istintaq təcridxanasına göndərilib.
Lakin Əliyev iddiaları qəbul etmir və məhkəmənin qərarı ilə razılaşmır. Həmçinin, Əliyev və vəkili onun məhkəməyəqədər həbsdən azad olunmasını tələb edir.
Digər tərəfdən, Əliyevin müdafiə tərəfi apelyasiya şikayəti verib. Apelyasiya dinləməsi fevralın 14-ə təyin edilib.
Seçilən
44
yeniavaz.com

1Mənbələr