“Sakramento”nun oyun qurucusu Rassell Uestbruk məhsuldar ötürmələrin sayına görə MBA tarixində 7-ci pilləyə yüksəldi.
"Football-plus.az" xəbər verir ki, 37 yaşlı amerikalı “Dallas”la oyunda (113:107) 21 xal topladı, 5 ribaund etdi və 9 məhsuldar ötürmə verdi.
MBA karyerası boyunca belə ötürmələrin sayını 10142-yə çatdıran Uestbruk “Leykers”in məşhur oyun qurucusu Mecik Consonu (10141) arxada qoydu. 6-cı yerdə isə Mark Cekson (10334) qərarlaşıb. Məhsuldar ötürmələrin sayına görə MBA rekordu Con Stoktona məxsusdu (15806).
“Denver”in mərkəz oyunçusu Nikola Yokiç isə “Orlando” ilə oyundan (126:127) sonra növbəti MBA rekordu müəyyənləşdirdi. Serbiyalı ulduz Şimali Amerika liqasının tarixinə ardıcıl üç oyunda 110 xaldan, 40 ribaunddan və 40 məhsuldar ötürmədən artıq toplayan ilk oyunçu kimi düşdü. Nikola “Orlando” ilə oyunda hesabına 34 xal, 21 ribaund və 12 ötürmə yazdı. Buna qədər isə “Minnesota” ilə oyunda (142:138 OT) 56 xal toplamış, 15 ribaund və 15 ötürmə ilə yadda qalmışdı. “Dallas”la oyunda (130:131) da göstəriciləri29 xal, 7 ribaund və 14 ötürməyə bərabər olmuşdu.
27 dekabr
Atlanta – Mayami 111:126 (32:32, 19:31, 33:27, 27:36)
Vaşinqton – Toronto 138:117 (35:32, 38:30, 29:38, 36:17)
Orlando – Şarlott 105:120 (28:38, 20:19, 29:39, 28:24)
İndiana – Boston 122:140 (39:28, 22:47, 30:36, 31:29)
Memfis – Miluoki 125:104 (25:35, 35:15, 32:33, 33:21)
Nyu-Orlean – Finiks 108:115 (23:26, 25:27, 32:28, 28:34)
Çikaqo – Filadelfiya 76 109:102 (30:28, 19:24, 32:33, 28:17)
Yuta – Detroyt 131:129 (33:36, 34:32, 44:35, 20:26)
Portlend – Klippers 103:119 (35:25, 27:31, 16:29, 25:34)
28 dekabr
Sakramento – Dallas 113:107 (31:23, 28:21, 29:33, 25:30)
Nyu-Orlean – Finiks 114:123 (33:32, 22:33, 30:28, 29:30)
Orlando – Denver 127:126 (23:31, 25:31, 36:31, 43:33)
Atlanta – Nyu-York 125:128 (27:33, 28:35, 34:30, 36:30)
Mayami – İndiana 142:116 (29:28, 30:32, 39:34, 44:22)
Minnesota – Bruklin 107:123 (30:33, 33:29, 23:36, 21:25)
San-Antonio – Yuta 114:127 (40:32, 20:38, 27:28, 27:29)
Hyuston – Klivlend 117:100 (32:24, 28:22, 30:17, 27:37)
Çikaqo – Miluoki 103:112 (26:28, 24:26, 30:31, 23:27)
Oklahoma-Siti – Filadelfiya 76 129:104 (32:29, 32:33, 38:24, 27:18)
Toronto – Qolden Steyt 141:127 ОТ (33:29, 32:35, 31:36, 26:22, 19:5)
29 dekabr
Vaşinqton – Memfis 116:112 (25:27, 35:32, 24:29, 32:24)
Portlend – Boston 114:108 (31:30, 24:33, 31:22, 28:23)
Klippers – Detroyt 112:99 (33:20, 27:22, 32:27, 20:30)
Leykers – Sakramento 125:101 (30:24, 38:29, 31:27, 26:21)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta