"Uzun müddət masa arxasında oturmaq, telefon və kompüterə çox baxmaq boyun və onurğa sağlamlığını təhlükəyə atır".
Ölkə.Az xəbər verir ki, bunu fizioterapevt Nuriyyə Əlibəyli deyib. O bildirib ki, nəticədə boyun ağrısı, başgicəllənmə və duruş problemləri ortaya çıxır:
“Duruşun düzəldilməsi: Fizioterapevt bədən posturasını qiymətləndirir və düzəltməyə yönəlik məşqlər təyin edir.
Boyun və onurğa əzələlərinin gücləndirilməsi: Əzələlər gücləndikcə ağrı azalır və balans bərpa olunur.
Nəfəs və rahatlama texnikaları: Gərginlik və başgicəllənmənin qarşısını alır.
Funksional hərəkət təlimi: Gündəlik fəaliyyətlər zamanı boyun və bel üzərində yükü azaldır”.
Mütəxəssis bu ağrılardan qurtulmaq üçün bir neçə məsləhət də verib:
- Uzun müddət eyni vəziyyətdə oturmamaq, ara verərək gərilmək.
- Ekran yüksəkliyini göz səviyyəsinə gətirmək.
- Yüngül boyun və çiyin məşqləri etmək.
- Ağrı və başgicəllənmə varsa fizioterapevtə müraciət etmək.
“Boyun ağrısı və duruş problemləri fizioterapiya ilə effektiv şəkildə idarə edilə bilər. Düzgün məşqlər və postura diqqəti sağlamlıq və gündəlik rahatlığı artırır”, - deyə o əlavə edib.
Billurə