Bakı. Trend:
İran hökuməti vətəndaşlarla qarşılaşmaq deyil, müxtəlifsahələrdə vətəndaşların səsini dinləməyə, onların problemlərinihəll etməyə borcludur
Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (6yanvar) Tehranda “Konstitusiyada islam şuraları və əhalininiştirakının yeri” milli konfransında deyib.
Onun sözlərinə görə, İran vilayətlərinin valilərinə davamlışəkildə istehsalçılar, iş adamları, ticarətçilər və əhali ilədialoq aparmaları haqda göstəriş verilib. Yerli icranümayəndələrinin də vəzifəsi budur və hökumət bu prosesin icraolunmasına nəzarət edəcək.
Pezeşkian bildirib ki, İran hökuməti öz səlahiyyəti və gücü iləqanun və qayda maneəsi mövcud olan problemləri aradan qaldırmağaçalışır. Təbii ki, bu istiqamət asan deyil.
İran prezidenti əlavə edib ki, problemlə üzləşən hər bir şəxsinsözünü demək haqqı var. Hər bir məsul şəxs problemin həlli üçünsəlahiyyətindən istifadə etməzsə, cavabdeh olmalı və mühakiməedilməlidir.
“Ölkədə bütün sahələrdə reallıqlar nəzərə alınmazsa, ölkəböhrana doğru sürüklənəcək. Potensiallar, məhdudiyyətlər vətəhdidləri müəyyənləşdirmək lazımdır. İlk öncə özümüzüdəyərləndirməli, sonra isə ətrafımızı dəyərləndirməliyik”, - deyə oqeyd edib.
Qeyd edək ki, son vaxtlar İran valyutasının xarici valyutalarqarşısında dəyərini kəskin şəkildə itirməsinə görə, 29 dekabrdanetibarən İranda ticarətçilər etiraz aksiyaları keçirirlər.Etirazçılar valyutanın dəyəri, iqtisadi durumun stabilləşməsiistiqamətində ciddi addımların atılmasını tələb edirlər.