AZ

"Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibə demək olar ki, bütün sahələri əhatə etdi.

İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə dövlət başçısının təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial-iqtisadi layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. 

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri Prezident İlham Əliyevin dövlət idarəçiliyinin əsas fəlsəfəsini ifadə edən ən mühüm tezislərdən biridir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların əsas məqsədi insan amilinin ön plana çəkilməsi, vətəndaşların rifahının yüksəldilməsi və onların hüquq və azadlıqlarının təmin edilməsidir.

Güclü dövlət ilk növbədə vətəndaşına arxalanan, onun maraqlarını qoruyan və həyat səviyyəsini yüksəldən dövlətdir. Prezident İlham Əliyevin fəaliyyətində sosial siyasət xüsusi yer tutur. O, dəfələrlə vurğulamışdır ki, iqtisadi inkişafın əsas məqsədi insanların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bu baxımdan son illər ərzində minimum əməkhaqqının və pensiyaların mərhələli şəkildə artırılması, sosial müavinətlərin genişləndirilməsi və aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi vətəndaş rifahına xidmət edən mühüm addımlardır.
İlham Əliyevin iqtisadi siyasətində də əsas məqsəd vətəndaşların məşğulluğunun artırılması və dayanıqlı gəlir imkanlarının yaradılmasıdır. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir.

“Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır”, - deyə dövlətimizin başçısı bildirib.

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının sədri

Seçilən
73
1
redaktor.az

2Mənbələr