ain.az, 525.az portalına istinadən məlumat verir.
Somali ordusu Gedo bölgəsində “Əş-Şəbab” terror qruplaşmasına qarşı əməliyyat keçirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Somali Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Somali Milli Ordusu Gedo bölgəsindəki Baardheere rayonundan təxminən 30 kilometr şimalda yerləşən Ceel Cilanda planlı bir əməliyyat həyata keçirib.
Əməliyyat “Əş-Şəbab”ın sığınacaqlarını hədəf alaraq, yerli əhali üçün təhlükə yaradan qruplaşma elementlərinə ağır zərbə vurub.
Bəyanatda əməliyyatda 5 terrorçunun zərərsizləşdirildiyi bildirilib və mülki şəxslərə zərərin qarşısını almaq üçün bütün lazımi tədbirlərin görüldüyü vurğulanıb.
Bəyanatda həmçinin Somali ordusunun Müdafiə Nazirliyi və Baş Qərargahla koordinasiyalı şəkildə terrorçu qrupun sığınacaqlarını hədəf alan əməliyyatları davam etdirəcəyi bildirilib.
Qeyd edək ki, 2006-cı ildə Somalidə yaranan “Əş-Şəbab” uzun illərdir Somali hökumətinə və beynəlxalq sülhməramlı qüvvələrə qarşı hücumlar həyata keçirir. Somali təhlükəsizlik qüvvələri beynəlxalq tərəfdaşların dəstəyi ilə 2022-ci ildən bəri ölkənin mərkəzi və cənub bölgələrində təşkilata qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirir.
İbrahim Cəfərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.