Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Sosial şəbəkələrdə Nərimanov rayonunda yerləşən çoxmənzilli binanın fasadının uçması ilə bağlı videogörüntü yayılıb. Videodan da görünür ki, binanın üzləmə materiallarının bir hissəsi qopmuş, az qala yerə düşəcək.Binanın fasad təmirinə görə hansı qurum məsuliyyət daşıyır?Bu tip hallarda məsuliyyətin daşıyıcısı kim olur və hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına əmlak eksperti bildirib ki, burada məsuliyyət təkcə texniki deyil, həm də hüquqi və maliyyə baxımından daşıyıcı xarakter daşıyır.
Anar Nəsirov
“Bina fasadının dağılması və ya uçması halında birbaşa məsuliyyət binanı inşa edən tikinti şirkətinin üzərinə düşür. Bu cür texniki problemlər - istər dərhal, istərsə də bir neçə il sonra baş versin - tikinti şirkətinin öhdəliyindədir. Problemli sahələrin bərpası, aradan qaldırılması da həmin şirkətin borcudur.
Fasadın qoparaq insan və ya avtomobil üzərinə düşməsi ciddi təhlükə yaradır. Belə hallar insan həyatına son qoya bilər. Ona görə də burada məsuliyyət təkcə texniki deyil, həm də hüquqi və maliyyə baxımından daşıyıcı xarakter daşıyır. Əgər nəticədə kimsə xəsarət alır və ya həyatını itirirsə, tikinti şirkəti birbaşa cavabdehdir.
Əgər yeni inşa edilmiş binada artıq çatlar, uçmalar və digər fəsadlar yaranıbsa, bu, ya keyfiyyətsiz materiallardan istifadə edildiyini, ya da işin peşəkar səviyyədə icra olunmadığını göstərir. Bina istismar müddətinə çatmamış bu cür nasazlıqlar verirsə, bu, birbaşa tikinti şirkətinin məsuliyyətsizliyidir.
Qısaca desək, binada istənilən texniki və ya təhlükəsizlik problemi baş verdikdə, məsuliyyət binanı inşa edən şirkət və onun rəhbərliyinin üzərinə düşür”, – deyə Anar Nəsirov vurğulayıb.
Günel Həsənova, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.