AZ

Qışda nə qədər gəzmək lazımdır ki, xəstələnməyək? - Həkimdən tövsiyələr

Qış aylarında mütəmadi açıq havada gəzmək immun sistemini gücləndirir və xəstəlik riskini əhəmiyyətli dərəcədə azaldır.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Həkim-terapevt Svetlana Burnatskayanın sözlərinə görə, qışda müntəzəm gəzən insanlar kəskin respirator virus infeksiyalarına (QRVİ) 30–50 faiz daha az yoluxurlar. Onun bildirdiyinə görə, soyuq havada təmiz hava immun hüceyrələrinin aktivliyini artırır, stress hormonlarının səviyyəsini azaldır və maddələr mübadiləsini sürətləndirir.

Həkim qeyd edib ki, qışda gəzintinin optimal müddəti gündə 30–60 dəqiqədir. Minimum 20–30 dəqiqəlik gəzinti belə immun sisteminin aktivləşməsi və əhvalın yaxşılaşması üçün kifayət edir. Havanın çox soyuq olduğu –25 dərəcə və daha aşağı temperaturda isə gəzinti 20–30 dəqiqə ilə məhdudlaşdırılmalıdır.

Mütəxəssis həmçinin vurğulayıb ki, ən uyğun temperatur –5 ilə –15 dərəcə arası hesab olunur. Soyuğa öyrəşməyən şəxslər isə gəzintiyə 10–15 dəqiqədən başlayaraq vaxtı tədricən artırmalıdırlar.

Burnatskaya əlavə edib ki, effekt əldə etmək üçün əsas şərt mütəmadilikdir və qışda açıq havada müntəzəm gəzmək sağlamlığın qorunmasında mühüm rol oynayır.

Nuriyyə NATİQQIZI

Seçilən
102
1
redaktor.az

2Mənbələr